21 Sentyabr 2024, Şənbə
“Neftçi” "Qarabağ"la bacarmadı
Həyəcan, qorxu, yoxsa paxıllıq?
Millimiz Çexiyaya məğlub oldu
Qara Qarayev “Neftçi”dən getdi

Ölkə futbolu

Avro-2020: “A” qrupunun oyunları Bakıda

Avro-2020-nin açılış oyunu Romadakı "Olimpiko" stadionunda keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından açıqlama verib.

O bildirib ki, “A “qrupunun oyunlarına Roma ilə yanaşı, Bakı da ev sahibliyi edəcək.

Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.

Bakıda “A” qrupunun 3, eləcə də 1/4 final görüşlərinin biri oynanlacaq.

Azərbaycan paytaxtındakı oyunlar Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) “B”, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) “C”, London (İngiltərə) və Qlaqzoda (Şotlandiya) “D”, Bilbao (İspaniya) və Dublində (İrlandiya) “E”, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə “F” qrupunun oyunları keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30