1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

"Simurq" "Olimpiakos"la oyuna hazırdı

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Simurq" günü iki məşqlə tamamladı. Futbolxeber.az-ın məlumatına görə, səhər hazırlığında isinmə hərəkətlərindən sonra texniki təmrinlərə keçildi. Qısa ötürmələr və toplu çalışmalardan sonra futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun müxtəlif tapşırıqlarını yerinə yetirdilər. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlandı.

Axşam saatlarında keçirilən məşq isə xüsusən "Olimpiakos"la keçiriləcək yoldaşlıq görüşünə hazırlıq məqsədi daşıyırdı. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına yığaraq onlarla qısa söhbət elədi. Daha sonra futbolçular iki qrupa bölünərək həndbol oynadılar. Bundan sonra isə taktiki təmrinlər yerinə yetirildi. Qrup halında "kvadrat" oynadıqdan sonra isə cinahlardan hücumların təşkilinə keçildi. Cərimə meydançasına asmalar üzərində məşq edildi. Hazırlığın sonunda baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında cərimə zərbələrindən müxtəlif ev tapşırıqları hazırlandı.

Hazırlığı klubun vitse-prezidenti Aydın Rizayevdə yaxından izləyirdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30