1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

"Qarabağ"ın rəqibi Bakı istisindən və salatdan çəkinir

Avroliqanın II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Piast" klubunun Bakıya səfərinin tarixi hələ də dəqiqləşməyib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun klubun prezidenti Yaroslav Kolodzeyçuk açıqlama verib: "İki variantı nəzərdən keçiririk. Ya oyuna iki gün öncədən səfərə çıxıb, yerli iqlimə uyğunlaşmağa çalışmalıyıq, ya da oyun günü səhər gedib, qarşılaşmadan dərhal sonra Polşaya qayıtmalıyıq. Bizim bu variantlardan birini seçməyimiz üçün vaxtımız var".

Y.Kolodzeyçuk Bakıya gec gəlmək istəmələrinin ilk səbəbi kimi paytaxtımızda hərarətin yüksək olmasını göstərib: "İlk növbədə orada futbolçularımız üçün heç də xoş olmayan iqlim mövcuddur. Bakıda temperatur çox yüksəkdi və oyun günü də elə olacaq. Bu, komandamız üçün çox pis təzyiqdir. Bu yaxınlarda mən özüm də işlərimlə əlaqədar Bakıda olmuşdum. Yaxşı oteldə qalmışdım. Fikrimcə, fərqli iqlimdə yaşayan insanlar üçün Azərbaycanda uzun müddət qalmaq çox çətindir. Bu, komandamıza əlavə çətinliklər yaradacaq. Bu məsələ ilə bağlı Polşa yığmasının sabiq baş məşqçisi Leo Beenhakkerlə də söhbət etmişik. Polşa millisi seçmə mərhələ çərçivəsində Azərbaycanla səfər oyunu zamanı bir neçə futbolçusunu məhz yerli mətbəxdən qidalandığı üçün itirmişdi. Həmin futbolçular çox pis olmuşdular, hərarəti qalxmış və onlarda ürək bulantısı baş qaldırmışdı. Sonradan bunun Azərbaycan salatından yedikləri üçün baş verdiyi müəyyən olunmuşdu. Biz də bundan çəkinirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30