1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

AFFA-dakı "soyuq müharibə" yeni mərhələdə (YAZI)

Dünən AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"da məqaləsi dərc olunub. "Bu qədər idman KİV-i yox, niyə məhz "Report"?" sualına cavabı müvəqqəti təxirə salıb, keçək məsələnin problematikasına.

Məmmədov məqaləsində videotəkrarın tətbiqini təqdir edir, Azərbaycanda da bunun vacibliyini qabardır. Sitat: "Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə Premyer Liqamızda VAR sistemi test olaraq tətbiq edilməsin?! Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var".

OK, pakizə!

İcazənizlə, yaxın  və uzaq keçmişə lakonik ekskurs edək. Martda AFFA-nın Hesabat Konfransında Elxan Məmmədova belə bir sual verilmişdi: "UEFA İcraiyyə Komitəsinin İdarə Heyətinə seçkidə iştirak edəcəksiniz, ancaq platformanız hələ Azərbaycan ictimaiyyətinə bəlli deyil". Cavabında bildirmişdi ki, "Ehtiyac varsa, platformanı mətbuatda dərc edəcəyik".

Yəni məqalə yazmaq, planlarını mətbuatda dərc etdirməyə özünün dediyi kimi, skeptik yanaşan Elxan bəyin videotəkrar mövzusunda hövlnak, təxirəsalınmaz davranmasının  səbəbi görəsən nədi?

Bilirsiniz ki, son ərəfələr mediada Elxan Məmmədovun yarıtmaz fəaliyyətinə həsr olunan ən müxtəlif ifşalar yazılır. Belədə hədəfə gələn baş katibin özünü təmkinli, soyuqqanlı, laqeyd obrazına sadiq qala bilmədiyi bəzi detallarda aşkar büruzə verir. Məsələn, elə bugünlərdə əlamətdar canfəşanlıqla bildirib ki, haqqımda yazılanlar hardansa sifariş olunur.

Bu məqam onun ətrafına güvənmədiyini, informasiya mənbələrinin hazırlıqlı olmadığını aşkara çıxarır. Ona görə də təyini yanlış olan diaqnozlar qoymaqla büründüyü narahatlığı daha da dərinləşdirmiş olur.

Məmmədovun sonuncu dəfə məqalə yazdığını kim xatırlayır?

Yaddaşımın "arxiv idarəsini" hərəkətə gətirsəm də nəticə hasil olmadı. Siz bilirsinizsə, açın, baxın. Görün nədən yazıb/yazıbsa, son məqaləsindəkitək  narahatlıq olubmu əvvəlkilərdə...

İyunun 2-də "İdman Azərbaycan"da qonaq olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev videotəkrarın lehinə olmadığını bildirmişdi. Ondan bir müddət sonra "sport24"ə müsahibəsində də mövzu haqda neqativ danışmışdı. Sitat: “Zirə” - “Differdanj” oyunun rusiyalı qadın komissarı mənə sual verdi ki, videotəkrara münasibətin necədi? Dedim, mənfi. Çünki belədə, futbolun marağı itir. Güləşdə balışı atırlar ortalığa və hamı cavab gözləyir".

...Və Məmmədovun məqaləsi. İndi aydın olurmu?

Baş katib düşünür ki, Ramin Musayev onun qol-qanad açması, futbol industriyasını tamamilə inhisarına almasına mane ola biləcək ən böyük qüvvədir, ona görə də yüzildənbir məqalə yazan qəhrəmanımız Musayevə birbaşa əks mövqedə olan fikirləri məqaləsində tezis kimi təqdim edir. Özü də "Report"da - Rövnəq Abdullayevin himayəsində olan saytda.

"Soyuq müharibə" başqa fazada davam edir və yeni sürət yığıb. "Belə asanlıqla bu nəticəyə gəldiniz?" deyə məqaləni oxuyarkən sizdə sual yarandısa, son prosesləri diqqətinizə ərz edək. PFL-in büdcəsi, təxminən, ikiqat azaldılıb. Və bu, Elxan Məmmədovun təşəbbüsü ilə baş verib. Məlumatın səhihliyi və proseslərin hansı nəticələrə səbəb olduğunu uzaq olmayan gələcəkdə görəcəksiniz. Tərəflər arasında pərdələnmiş  çəkişmə hansı fəsadlara/itkilərə yol açacaq - izləyirik...

Futbolpress.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30