Ölkə futbolu
Prosineçki: “Bizi böyük oyun gözləyir”
“Bir aya yaxın toplanışda olduq. Kubokun finalından sonra futbolçulara 10 gün istirahət verdim”.
Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Komandamız sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis oyuna hazır olduqlarını bildirib: “Avstriyadan qayıdandan sonra da son 6 gündə məşq keçdik. Hazırlığın gedişindən razı qaldım. Sabah komandaya azarkeş dəstəyi lazım olacaq. Bizi böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam hazırdı, çıxıb mübarizə aparacaq. Ümid edirəm ki, nəticə bizim üçün müsbət olacaq”.
- Yoxlama görüşü keçirməməyiniz sabah nə dərəcədə rol oynaya bilər?
- Yoldaşlıq görüşü olsaydı, daha yaxşı olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Amma komanda tam gücü ilə çalışıb. 26 nəfərin hər biri sabah oynamağa hazırdı. İnanıram ki, bizi maraqlı mübarizə gözləyir. Hər cür nəticə ola bilər. Amma komandama güvənirəm. Hazırlıq prosesində göstərdiklərini sabah meydanda da sərgiləyəcəklər.
Məşqdə iki oyunçumuz yüngül zədə alıb. Onların nə dərəcədə olduğunu bir azdan məşqdə görəcəyik. Hamı sağlam olsa, start heyətimiz belə olacaq: Kamran Ağayev - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev - Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Dmitri Nazarov - Ramil Şeydayev
- Rəqibin baş məşqçisi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı və sizdən sürpriz gözləyir. Siz ola bilərmi ki, bir yox, bir neçə sürpriz hazırlamısınız?
- Rəqibin baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi şad haldı. Yəqin ki, onları çətin oyun gözləyir. Onları lazımi qədər təhlil etmişik. Sürprizim var, amma burda açıqlamayacam. Sabah hamı görəcək. Mənə görə əsas olan komandanın məşqlərdə keçdiklərini oyunda göstərməsidi.
- Bir çox ulduz futbolçuların milli karyerası uğurlu alınmır. Riçard Almeyda “Qarabağ”dakı parlaq çıxışını yığmada sərgiləyə biləcəkmi?
- Mən belə təminat verə bilmərəm. Sabah onun ilk oyunu olacaq. Almeyda peşəkar futbolçudu, məşqlərdə əzmkarlıq göstərir. 6 ildi Azərbaycandadı, bəzi oyunçularla bir klubda çıxış edir. İnanıram ki, o, sabah komandamıza kömək edəcək. Amma 100 faizli təminat verə bilmərəm.
- Heç-heçə yığmamızı qane etməyəcək. Bərabərlik davam edərsə, sona 15 dəqiqə qalmış sxemi dəyişib, 2 hücumçuya keçə bilərsinizmi?
- İki hücumçu ilə meydana çıxmaq o demək deyil ki, hücum futbolu göstərəcəyik. Amma oyunun gedişinə görə hər hansı bir dəyişikliklər ola bilər. Bunu indidən deyə bilmərəm. Ehtiyatda oturan oyunçular daim hazır olmalıdılar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan futbolunu dildə yox, əməldə düşünmək
- 2 milyon pul alıb, oynatmağına bax...
- Adil Şükürov “Kəpəz”dən getdi
- Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olundu
- “Araz-Naxçıvan”ın qapıçısı: “Bəlkə də mən düzgün addım atmadım”
- Emin Mahmudov: “Xahiş elədi, mən də topu ona verdim, problem yoxdur”
- Vətən, Bayraq, Sakarya... - Santuşun çıxışına qısa sözardı
- Mateuş Koxalski: “Qarabağ” “Dinamo”ya lazımi qədər qol vura bilər”
- "Araz-Naxçıvan"dan fiasko: Çempionumuz yenə qrupda qaldı
- "Qızıl top"a namizədlərin siyahısı açıqlandı
- Qriqorçuk: “Onları vurmalıydıq”
- “Zirə”nin hücumçusu: “Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”
- ÇL: "Araz-Naxçıvan" yenə 7 qolla qalib gəldi
- Zaur Axundov: “Millinin heyətində meydanda 80 faiz can yandıran futbolçu görmədim”
- Möhtəşəm fürsət: ERKƏN UDUŞ
-
21:54
“Neftçi” "Qarabağ"la bacarmadı
-
19:45
Ayxan Abbasov: “Çox mühüm 3 xal qazandıq”
-
19:36
Azər Bağırov: "Hücumda və orxa xətdə problemlərimiz var"
-
18:58
“Lənkəran”dan yeni transfer
-
18:09
"Naxçıvan" baş məşqçi və üç basketbolçu ilə müqavilə müddətini uzadıb
-
17:41
"Qəbələ"dən 5 qollu qələbə VİDEO
-
17:27
“Sumqayıt”dan azarkeşlərə çağırış: “Dəstəyinə ehtiyacımız var”
-
17:13
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib
-
16:54
Güləşçilərimiz Rusiyaya yollanır
-
16:35
AFFA I Liqa klublarını cərimələdi
-
16:22
Bölgə klubuna texniki məğlubiyyət verildi
-
16:08
Böyük futbol Buzovnaya qayıtdı VİDEO
-
15:59
Tovuzda heyətlər açıqlandı
-
15:16
Həyəcan, qorxu, yoxsa paxıllıq?
-
14:49
Amerikalı basketbolçu daha 1 il Azərbaycanda qalacaq
-
14:07
Alim Nəbiyevdən 56-cı qələbə
-
13:23
"Arsenal"ın futbolçusundan tarixi göstərici
-
12:51
Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
-
12:38
"Neftçi"dən 2 transfer
-
12:15
Şuaybu "Qəbələ"nin tarixinə düşdü
-
12:00
Yeni idman saytı fəaliyyətə başladı
-
11:42
FIDE Faiq Həsənovu mükafatlandırdı
-
11:24
Millimizin üzvü: "Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim"
-
10:59
Bu klubun adı və loqosu dəyişdirildi
-
10:36
Günün oyunları - TV AFİŞA
-
10:13
I Liqada III turun oyun cədvəli açıqlandı
-
09:45
"Abşeron"da amerikalı hücumçu
-
09:07
"Qarabağ"ın rəqibi evdə xal itirdi
-
23:02
Millimiz Çexiyaya məğlub oldu
-
22:00
"Neftçi"nin Azərbaycan derbisinə hazırlığı VİDEO
-
20:46
Prezidentin bu gün təməlini qoyduğu “İmarət” stadionu necə olacaq?
-
20:18
"Lənkəran"dan iki transfer birdən
-
19:53
"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu açıqlanıb
-
19:00
Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
-
18:34
"Qəbələ" və "İmişli"dən darmadağın
-
17:49
"Sumqayıt"ın futbolçusu Asiyanın ən yaxşısı seçilə bilər
-
17:25
Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
-
17:12
Millimiz Özbəkistana uduzdu
-
16:51
“Sumqayıt”ın “Ailəvi azarkeş” aksiyasının ilk qaliblərinə hədiyyələri təqdim olundu
-
16:36
"Azərreyl" milli üzvü ilə müqavilə imzaladı
-
16:27
"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda
-
16:13
Qara Qarayev “Neftçi”dən getdi
-
15:48
ETOPAZ: Bu Oyunda Favorit Sənsən!
-
15:39
"Neftçi"dən ayrıldı, "Sumqayıt"la müqavilə imzaladı
-
14:50
Ağdamda “İmarət” stadionunun təməli qoyuldu
-
14:26
"Neftçi"dən 2 transfer birdən
-
14:14
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:45
II Liqada IV turun oyun cədvəli açıqlandı
-
13:33
"Kəpəz"in yeni portuqaliyalısı: "Mən də bu sevgini qazanmaq istəyirəm"
-
13:07
"Şəki"dən növbəti transfer