15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Martın ən yaxşı qolu müəyyənləşdi

Futbol üzrə Azərbaycan I Divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, idman jurnalistləri, azarkeşlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən “Səbail”in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçilib.
 
Məlumat üçün deyək ki, azarkeşlərin seçimində “Səbail”in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etdi.  Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs topladı. Beləliklə, Orxan Qurbanlı I Divizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqləndi.
 
Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya I Divizionun XXIV turunun “Zaqatala” – “Səbail” oyunundan öncə təqdim olunacaq.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30