15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Məqsədimiz qrupdan çıxmaqdır”

IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə turnirin püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Püşkatma haqda fikriləriniz necədir?

- İştirakçı komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Bütün komandalar iddialıdır və biz də iddiamızı ortaya qoyacağıq. Qrupumuz çox güclüdür. Ən güclü komandalar da bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də dəstəyi olacaq. Yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Reqlamentə əsasən hər komandada 23 yaşdan yuxarı 3 futbolçunun xidmətindən istifadə edə bilərsiz. Onlar kim olacaq?

- Azərbaycan çempionatı davam edir və hələ mayın 5-də kubokun final oyunu var. İlk oyunumuz mayın 8-də olacaq. Diqqətimizdə 3 yox, 6-7 namizəd oyunçu var. Təki istədiyimiz oyunçuların zədəsi olmasın, sağlam olsunlar. Yəqin ki, yaxınlarda onların adları açıqlanacaq.

- Sizcə, qrupun favoriti hansı komadadır?

- Məncə, favorit Kamerun millisidir. Mənə elə gəlir ki, ən güclü komanda məhz Afrika təmsilçisidir.

- Hazırlıq planı necə olacaq?

- Yoldaşlıq oyunları planlaşdırmırıq. Aprelin 29-da çempionat başa çatır. Biz tam heyətlə mayın 7-də məşq edəcəyik. Çünki kubok finalı olacaq. "Qarabağ” və "Qəbələ”nin oyunçuları mayın 6-da bizə qoşulacaqlar. Yoldaşlıq görüşlərinə vaxt da qalmır. Mayın 8-də yarışlar başlayır.

- Qrupdan çıxmaq şansımız var?

- Əsas məqsədimiz qrupdan çıxmaqdır. Sonrasına isə baxarıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30