15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Futbolçu onu saxlayan polisi təhqir etdi - Bakıda

“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi tədim edib. 
 
Hadisənın şahidi olan Modern.az-ın əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib. 
 
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Modern.az-a açıqlamasında qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan “Səbail” futbol klubuna transfer olduğunu açıqlayıb. 
 
Futbolçu Elton Yaqublu Modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: “Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30