15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Qəbələ” yeni transferini rəsmən açıqladı

“Qəbələ” qış "transfer pəncərəsi"ndə heyətinə daha bir futbolçu cəlb edib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə bilgini klubun rəsmi saytı açıqlayıb. Mənbədə bildirilir ki, mövsümün ilk yarısından sonra yarımmüdafiəçisi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiç ilə gücləndirib. 28 yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb. 
 
2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü illər mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu Şimal təmsilçisinin heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
 
İsveçrənin “Bazel” klubunun yetirməsi olan Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” (2008-2009) və İtaliyanın “Qrosseto” (2010) klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya”  (2011) və “Tarqu Mureş” (2011-2012) komandalarının ardından Ukraynaya yollanan forvard 2012-13-cü illərdə “Volın”da forma geyinib. “Qəbələ”də keçirdiyi 2013-2014-cü illər mövsümünün ardından isveçrəli Küveytə yollanaraq 2014-2015-ci illərdə “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan Daniel son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı illər mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.
 
“Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30