15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Kostadin Zahov: “Evdə “Neftçi”nin qol vurmasına imkan verməməliyik”

“Şkendiya”nın qapıçısı Kostadin Zahovun Futbolxeber.az saytına müsahibəsi

- Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda “Neftçi” ilə səfərdə qolsuz bərabərliyə nail oldunuz. Görüşlə bağlı fikirləriniz necədir?

- Yaxşı oynadığımızı düşünürəm. 90 dəqiqə ərzində oyuna nəzarət bizim tərəfimizdə idi. Qol vurmaq üçün 3-4 şansımız oldu. Lakin dəyərləndirə bilmədik Ümumi götürdükdə, nəticədən razı qalmalıyıq. Çünki 0:0 səfər oyunu üçün yaxşı nəticədir.

- Mərhələ adlamaq üçün “Şkendiya” evdə ilk növbədə nə etməlidir?

- İlk növbədə mümkün qədər yaxşı oynamalıyıq. Mərhələ adlamaq üçün mütləq qol vurmalıyıq. İnanıram ki, fərqlənməklə növbəti mərhələyə yüksələcəyik.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirərdiz?

- Biz öz meydanımızda yaxşı çıxış etməliyik. Ən azı Bakıdakı kimi oynamalı və minimum 1 qol vurmalıyıq. Evdə “Neftçi”nin qol vurmasına imkan verməməliyik. Çünki qapımızda top görsək, ən azı 2 qol vurmalı olacağıq.

- İkinci oyunda rəqibdən nə gözləyirsiniz?

- Məncə ikinci görüşdə “Neftçi” müdafiədən oynayacaq. Onları bizi əks-hücumda yaxalamağa çalışacaqlar. Lakin buna imkan verməməliyik, yerlə oynamalıyıq. Rəqibin heyətində yaxşı, sürətli futbolçular var. Buna görə diqqətli olmalıyıq.

- “Neftçi”nin heyətində kimisə fərqləndirə bilərsiz?

- Rəqib qapıçını qeyd edə bilərəm. Xorvatiyadan onu yaxşı tanıyıram. Görüşü gözəl keçirdi. 3 dəfə komandasını real qoldan xilas etdi. Eləcə də komandanın kapitanını vurğulamaq istərdim. Hiss olunur ki, yaxşı, sürətli futbolçudur. Ona qarşı diqqətli omalıyıq. Müdafiədə səhv etmək olmaz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30