16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Dodo: “Gələcək karyerama mümkün qədər tez aydınlıq gətirməliyəm”

“Əla mövsüm keçirdik ki, bu da bizi sevindirir. Avropa Liqasının qrupuna düşməyimizi qəhrəmanlıq kimi həmişə xatırlayacaqlar”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Dodo deyib.

Mövsümün sonunu zədə üzündən boşa verən yarımmüdafiəçi Braziliya mətbuatına açıqlamada başa çatan futbol ilini dəyərləndirib. Kapitanı olduğu komandanın çıxışını müsbət dəyərləndirən Dodo müqaviləsi başa çatdığından gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyə də son qoymağa tələsdiyini qeyd edib: “Azərbaycan Premyer Liqasını isə 3-cü pillədə başa vurduq. Düzdü, daha yaxşı nəticə də göstərə bilərdik. Amma indi qazandıqlarımızı qeyd etməliyik. Arxada qalan mövsüm şəxsi mənada mənim üçün də uğurlu alındı. Komandamın avrokuboklarda qrupa düşməsinə kömək etdim. Belə bir il üçün yalnız şükür etməliyəm. Ümid edirəm ki, tezliklə gələcək karyerama da aydınlıq gətirəcəyəm. “Qəbələ” ilə müqaviləm başa çatdığından bunu mümkün qədər tez həll etməliyəm”

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30