16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Ermin Zets “Qəbələ”dən getdi

“Qəbələ” İdman Klubu hücumçu Ermin Zetslə yollarını ayırıb. Futbolxeber.az saytının məlumatına görə, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komandayla Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.

“Qəbələ” İdman Klubu Ermin Zetsə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30