10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

Rusiya ilə oyunun qəhrəmanı: “Beşiktaş”ın heyətində də belə qol vurmuşam”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Beşiktaş”ın yarımmüdafiəçisi Metin Güler Futbolxeber.az saytına müsahibə verib.

- Bu dəfə yoxlama oyununda Rusiyanı məğlub edə bildiz (1:0). Görüşlə bağlı nə deyə bilərsən?

- Birinci oyunda Rusiyaya uduzmuşduq. Həmin görüşdə xeyli səhvə yol vermişdik. Məhz həmin səhvlərdən sonra rəqib qapımıza 5 qol vurmuşdu. Matçdan sonra görüşü yenidən izlədik. Məşqçilər analiz apardılar və komanda olaraq səhvlərimizi bizə izah etdilər. Bu gün həmin səhvləri təkrarlamadıq. Ötən oyundakı çatışmazlıqları aradan qaldırdıq. Bu dəfə daha inamlı çıxış etdik və qələbə qazandıq.

- Məhz sənin vurduğun baxımlı qol komandamıza qələbə qazandırdı...

- Oyun ərzində çox qol şansımız olmadı. Matçın sonunda qələbə qolunu vurmağı çox istəyirdik. Elə alındı ki, komanda yoldaşım topu yerə çox gözəl endirdi. Mən də saxlamadan qapıya zərbə endirdim. Belə qola imza atdığım üçün şadam.

- Daha əvvəl belə qol vurmuşdun?

- Bəli, daha əvvəl də vurmuşam. “Beşiktaş”ın heyətində beynəlxalq turnirdə buna bənzər epizodda fərqlənmişdim.

- Avropa çempionatına 2 aydan bir qədər artıq vaxt qalıb. Komandamızın hazırlıqlarını necə dəyərləndirirsən?

- Məncə, düzgün yoldayıq. Komanda hər gün daha da artırır.  Müəyyən fasilədən sonra Bakıda toplanış keçirik. Düzdür, Rusiyaya qarşı ilk görüşdə inamsız təsir bağışlamışdıq. Amma bu gün daha yaxşı oyandıq. Zamanla daha da irəli gedəcəyik.

- Doğukan Öksüz və Murat Akpınar hazırda millinin düşərgəsində deyil. Ruslarla qarşılaşmalarda onların yoxluğu hiss olundu?

- Birinci oyunda komanda olaraq zəif çıxış etdik. Onların yoxluğu hiss olunurdu. Lakin bu gün səhvlərə yol vermədik və daha yaxşı oynadıq. Deyərdim ki, bugünkü görüşdə heç kimn yoxluğu hiss olunmadı. Əgər səhvlərimizi hər zaman belə tez aradan qaldıra bilsək, yaxşı nəticələr də qazanacağıq.

- Zədən nə yerdədi?

- Rəqiblə mübarizədə ayağımdan zərbə aldım. Sonra da şişdi. Ümid edirəm ki, ciddi problem olmayacaq.  

- Oyunun gedişində baş məşqçi Təbriz Həsənov səni həm yarımmüdafiənin sağ cinahında, həm də mərkəzdə sınayırdı. Hansı mövqedə oynamaq səninçün daha rahatdı?

- Klubda da məşqçilər bəzən cinahda, bəzən də mərkəzdə şans verirlər. Mənim üçün hansı mövqedə oynamağın ciddi fərqi yoxdu. Çıxış etdiyim mövqedən asılı olmayaraq, daim əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30