16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Başqa yolumuz yoxdur”

“Bizi olduqca çətin görüşün gözlədiyini dərk edirik. Çünki “İnter” ilə bir xal fərqimiz var. Turnir cədvəlində qonşu pillələrdə yer almışıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Kərim Diniyev deyib. Yarımmüdafiəçi kapazpfc.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının XXII turunda “İnter” ilə oyun haqda danışarkən belə deyib: “Qarşıdakı oyun 6 xallıq əhəmiyyət daşıyır. Qalib gələn tərəf üç xal qazanmaqla yanaşı, rəqibindən bir qədər aralanaraq üstünlük əldə edəcək. Bunu yaxşı anlayırıq. Ona görə bizim üçün vacib görüş olacaq. Ciddi hazırlaşmışıq, hədəfimiz qələbədir”.

Kərim Diniyev komandasının sonuncu turda “Qarabağ” məğlubiyyətinə də toxunub. Dayaq yarımmüdafiəçisi şanssız şəkildə uduzmaqlarının düşərgədə ruh düşkünlüyünə səbəb olmadığını, əksinə futbolçularaəlavə motivasiya verdiyini bildirib: “Buraxdığımız sonuncu qol kuryoz alındı. Bu məğlubiyyət bizi ruhdan salmayıb, əhval-ruhiyyəmiz yerindədir. Hər şey plan üzrə gedir. Uduzmağımız bizi “İnter” ilə matçda daha diqqətli oynamağa məcbur edir. Başa düşürük ki, evdəki məğlubiyyəti səfərdə uğurlu nəticə qazanmaqla sığortalaya bilərik. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Başqa yolumuz yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30