13 Aprel 2025, Bazar günü
“Ardıcıl qollar gözlənilməz oldu”
Abbasov: "Zərbə bizə dəyəcək"
Kurban Berdiyevdən qələbə şərhi
UFC turniri ilk dəfə Azərbaycanda

Ölkə futbolu

“Qəbələ” “Dnepr”lə qarşılaşacaq

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında “Qəbələ” UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

 

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30