16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Ən güclü rəqibimiz “Qəbələ”di”

“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin müsahibəsi

- Topaz Premyer Liqasının XVIII turunda “Qəbələ” ilə oyunda erkən qol buraxdınız. Məğlubiyyətdən qaçsanız da, qələbə də qazana bilmədiniz. Nə deyə bilərsiniz?

- “Qəbələ”ni məğlub etmək istəyirdik. Meydanda dominantlıq edən tərəf də biz idik. Ancaq erkən qol buraxdıqdan sonra geri dönüş etmək çətin olur. Qolda da səhvə yol verdik.

- Konkretləşdirsək, qol vuran futbolçunu siz saxlamalı idiniz?

- Bu başqa söhbətdi. Komandanın səhvidi. Konkret ad açıqlamayaq. Həmin qolda hamımız səhvə yol verdik.

- Bəlkə sol cinahda oynadığınıza görə, səhvlərdən qaça bilmirsiniz?

- Qol buraxdığımız epizod zamanı anlaşılmazlıq oldu. Top qapıya paralel gəldi və həmin vaxt hər bir futbolçu ona toxuna bilərdi. Hətta qapıçı da çıxıb topu götürə bilərdi. Amma top heç kimə dəymədi və uzaq küncə getdi. Həmin vaxt futbolçunu saxlamaq çətin olur. Özümü topun qarşısına atsam da, qolun qarşısını ala bilmədim.

- Matça marağı artıran məqamlardan biri də ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən iki komandanın üz-üzə gəlməsi idi. Hansı tərəf öz gücünü sübut edə bildi?

- Bizim imkanlarımız daha çox oldu. Oyunu demək olar, rəqibin cərimə meydançasında qurmuşduq. Ancaq əks-hücumlar zamanı “Qəbələ” də təhlükə yaradırdı. Hətta ikinci hissədə penalti də qazandılar. Ona görə ehtiyatı da əldən verməməli idik. Yenə deyirəm, topa biz daha çox nəzarət edirdik.

- İstirahətə yollanmaq baxımından bu dueli səbirsizliklə gözlədiyinizi demək olarmı?

- İndi ən güclü rəqibimiz “Qəbələ”di. Nəticənin necə olacağını gözləyirdik. Oyun pis alınmadı. Uşaqlar, həqiqətən də, yorğundular. İstirahətə yollanmaq üçün bu görüşü səbirsizliklə gözləyirdik. İstəyirdik ki, fasiləyə yaxşı nəticə ilə yollanaq.

- 2015-ci il nə ilə yadda qalacaq?

- Uğurlu mövsüm keçirdik. Yenə Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Çempion olduq, ölkə kubokuna sahib çıxdıq. Azərbaycanda qazanmalı olduğumuz titulları əldə etdik. Avrokuboklardakı çıxışımız da pis alınmadı.

- İstirahətlə bağlı planlarınız necədi?

- Komandadaxili iclas olacaq. Nə vaxt bir yerə yığışacağımız açıqlandıqdan sonra bir şey fikirləşəcəyik. İstirahət mütləq olmalıdı. Planımda ölkə xaricinə yollanmaq var.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30