16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Rəhman Hacıyev: “Bu gün qələbə bizə çox lazım idi”

“Çox çətin oyun oldu. “Qarabağ”ın necə güclü komanda olduğunu hər kəs bilir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri. “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.

Vurduğu yeganə qolla komandasına “Qarabağ”la görüşdə qələbə qazandıran gənc futbolçu “CBC-Sport”a açıqlamasında bunları söyləyib: “Xəzər Lənkəran” üzərində qələbədən sonra komandada əhval-ruhiyyə xeyli yaxşılaşmışdı. Bu gün də meydana yalnız qələbə çıxmışdıq. Çünki bu gün qələbə bizə çox lazım idi. Çempionatın startında öz səhvlərimizdən xeyli xallar itirmişdik. Bu vəziyyətə özümüz düşmüşüksə, vəziyyətdən də özümüz çıxmalıyıq. Qələbə münasibəti ilə komanda yoldaşlarımı, klub rəhbərliyini təbrik edirəm. Bu gün hər birimiz çox əziyyət çəkdik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30