15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Çalışmalıyıq ki, Mxitaryan Bakıda qol vurmasın”

“Qəbələ”nin yarımmüdafiəçisi Samir Zərgərov Premyer Liqanın VIII tur çərçivəsində “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” üzərində qələbəni necə şərh edə bilərsən?

- “Neftçi” yaxşı komandadır. Bizə qarşı da yaxşı oynadılar. Komandanın heyətinin əsasını gənclər təşkil edir. Meydanda çox çox qaçırdılar. Lakin yekunda qələbə qazandıq. Düzdür, qolu gec vurduq. Amma imkanlarımız çox idi.

- Meydança sürüşkən idi? Çünki ilk hissədə futbolçular tez-tez sürüşürdülər...

- Hə, meydança sürüşkən idi. Yəqin ki, bu da yağışla əlaqədardı. Qazon çox yumşaq   idi. Ayaqüstə dayanmaq olmurdu.

- “Neftçi”nin sol cinah müdafiəçisi Ailtona qarşı mübarizə aparmaq  çətin idi?

- Dediyim kimi “Neftçi” zəif rəqib deyil. Ailton da yaxşı futbolçudur. Hər bir rəqibə hörmət etmək lazımdır.

- Rəqibin sizə qarşı sona qədər mübarizə aparacağını gözləyirdiniz?

- Gözləyirdik. Hətta oyundan öncə öz aramızda da danışanda bunu deyirdik. Bilirdik ki, “Neftçi” bizə qarşı sona qədər vuruşacaq.

- Matçın keçirildiyi Ismət Qayıbov adına stadionda oyunöncəsi məşq etməmişdiniz. Bu məqam çıxışınıza təsir göstərdi?

- Yox, hər hansı bir çətinlik olmadı. Əksinə, belə daha rahat idi. Sadəcə meydança oyunumuza təsir göstərdi. Belə meydanda sürətli futbol oynamaq olmaz.

- Artıq növbəti oyun “Borussiya”ya qarşıdır. Dortmund klubu ilə oyundan nə gözləyirsiz?

- “Borussiya” elə-belə komanda deyil. Rəqibin gücü hamıya məlumdu. Bununla belə, meydana uğur qazanmaq üçün çıxacağıq. Qrup mərhələsinə düşməyimiz təsadüfi deyil. Evdə oynayırıq və əlimizdən gələni edəcəyik.

- “Borussiya”nın heyətində erməni futbolçu Henrik Mxitaryanın meydana çıxması motivasiyanızı artıacaq?

- Çalışmalıyıq ki, Mxitaryan Bakıda qol vurmasın. Heç qol ötürməsi verməsinə, özünü yaxşı tərəfdən göstərməsinə imkan vermək olmaz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30