16 Iyun 2024, Bazar günü
Rafael Məhərrəmli "Şamaxı"da
"Cəbrayıl" I Liqaya yüksəldi
Junior Martins rəsmən "Zirə"də
Avro-2024: Futbolxeber.az-la qazan!

Ölkə futbolu

“Panatinaikos”un “Qəbələ” ilə oyun üçün start heyəti açıqlandı

“Panatinaikos”un UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” ilə bu gün keçiriləcək oyun üçün start heyəti məlum olub. Futbolxeber.az-ın məlumatına görə, Yunanıstan mətbuatı baş məşqçi Yannis Anastasiunun sürpriz heyət meydançaya buraxmayacağını bildirib.

Həmkarlarımız Afina klubunun bu gün 4-5-1 taktiki sxemindən yararlanacağını qeyd ediblər. Çərçivədə Yunanıstan millisinin qolkiperi Stefanos Kotsolis dayanacaq. Müdafiənin mərkəzində Statis Tavlaridis və Georgios Kotrumbis duet təşkil edəcəklər. Yeni transfer almaniyalı Yens Vemmer sağ, ispaniyalı Nano isə sol cinahda yer alacaq.

Anastasiu 3 mərkəz yarımmüdafiəçisinə yer verəcək. Anastasios Laqos dayaq yarımmüdafiəçisi qismində yer alacaq və “Qəbələ”nin hücumlarının qarşısını ilk olaraq o almağa çalışacaq. Portuqaliyalı kapitan Zeka ona yaxın çıxış edəcəksə, sabiq “Bavariya”lı xorvat Daniel Pranyiç bir qədər öndə yer alacaq və ön xətdəki oyunçuları topla təmin etməyə çalışacaq.

Sotiris Ninislə Nikos Karelis yarımmüdafiənin cinahlarında oynayacaqlar və daha çox hücuma dəstək verməyə çalışacaqlar. Komandanın qol yollarında əsas “silahı” isə İsveç millisinin üzvü Markus Berq olacaq.

Qeyd edək ki, “Qəbələ” - “Panatinaikos” oyunu bu gün keçiriləcək və saat 21:00-da başlayacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30