16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: "Panatinaikos"u da keçməyə çalışacağıq"

AZAL-la oyun “Qəbələ”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, yay fasiləsində komandaya cəlb olunan gənc müdafiəçi “Qəbələ”də rəsmi debütünü gercəkləşdirib. Məhəmməd yay transferləri arasında debüt edən sonuncu futbolçu oldu. Halbuki, digər yeni futbolçular Avropa Liqasının təsnifat mərhələsi oyunlarında meydana çıxıblar: “Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də, öz vaxtımı gözləyirdim. Əsas olan komandamızın uğurlu çıxışıdır ki, bunu Avropa Liqasında göstəririk. Ən vacibi komandamızın bu oyunda qalib gəlməyidir. Nəticə olanda, debüt ikinci plana keçir. Məni sevindirən odur ki, debütüm “Qəbələ”nin çempionatda ilk qələbə qazandığı oyunda baş tutdu. Məncə, ilk oyunum normal alındı. Komandamızın qələbəsi və qapısının toxunulmazlığı üçün çalışdım. Buna nail olduğumuza görə şadam”.

Mirzəbəyov "Qəbələ İK"ya açıqlamasında “Panatinaikos”la oyunöncəsi komandasının şanslarını da dəyərləndirib: “Sözsüz ki, Afina klubu güclü rəqibdir. Avropada tanınmış komandadır, avrokuboklarda çox çıxış edib. Ancaq buna baxmayaraq, qrupa düşmək şansımız var və əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. “Qəbələ”nin heyətində Avropa Liqasında bu matçlarda debüt etmək istərdim. Baş məşqçi şans versə, etimadı doğrutlmaq üçün əlimdən gələni edəcəyəm. İstənilən halda, önəmli olan komandamızın cütün qalibi olmasıdır”.

“Qəbələ”yə gələnədək ölkəmizdə “Sumqayıt”, “İnter”də çıxış etmiş 25 yaşlı müdafiəçi hazırkı komandasına keçdiyinə görə çox şaddır: “Çox gözəl infrastrukturu olan klubda yer almışam. Burada futbolçu üçün hər bir şərait yaradılıb. “İnter”də və “Qəbələ” də taktika fərqli olduğundan, cinah müdafiəçilərinin üzərinə düşən vəzifələr ayrı-ayrıdır. Mən də buna öyrəşməli oluram. “Qəbələ”nin əvvəlki illərdə də böyük potensialı vardı. Artıq bu, beynəlxaq miqyasda nəticə verir və komanda avrokuboklarda da öz sözünü deyir. Yeni mövsümdə çempionatda, kubokda da uğurlu çıxış edərək, yüksək vəzifələri yerinə yetirməyə çalışacağıq”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30