16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“İnter”in İslandiyaya səfərini AFFA maliyyələşdirib

Bakının "İnter" klubu İslandiyada "Hafnarfyördur" komandası ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa AFFA-nın vəsaiti ilə yollanıb. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, "bankirlər"in səfər xərcləri klubun Federasiyaya müraciəti əsasında ödənilib.

Nəticədə klub iyulun 14-də çarter reysi ilə səfərə çıxıb. Oyun isə Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə saat 00:15-də başlanacaq.

Xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu təsdiqləyib. O bildirib ki, "İnter"in gediş-gəlişi üçün xərclənən vəsait Avrokubokda iştirak qarşılığında UEFA-dan kluba ödəniləcək məbləğdən çıxılacaq. M.Nərimanoğlu "İnter"in Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə də eyni şərtlərlə kluba dəstəyin veriləcəyini əlavə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30