15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qəbələ"dən növbəti transfer

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” braziliyalı futbolçu Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. 30 yaşlı cənubi amerikalı ilə 5 aylıq müqavilə imzalanıb.

Rikardinyo kimi tanınan futbolçu Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, 2003-cü ilədək klubun yeniyetmə və gənclər, 2003-09-cu illərdə əsas komandasında çıxış edib. 2007-ci ildə isə müdafiəçi icarə əsasında “Atletiko”nun (Mineyro) şərəfini qoruyub.

Braziliyalı “Koritiba”da 2 dəfə Paranaense çempionu titulunu qazanıb.

2009-cu ildə legioner karyerası yaşamaq üçün Avropaya üz-tutan Rikardinyo İsveçin “Malmö” klubu ilə müqavilə imzalayıb. O, yeni klubunda sol cinah müdafiəçisi kimi çıxış etməyə başlayıb. Anlaşması 2014-cü ilin dekabrında başa çatan braziliyalı həmin müddətədək Skandinaviyada çıxış edib. Cənubi amerikalı ötən ilin oktyabrında İsveç vətəndaşlığı da alıb. “Malmö”də çıxış etdiyi 5 ildə 3 dəfə (2010, 2013, 2014) ölkə çempionu, 2 dəfə (2013, 2014) Superkubok qazanan Rikardinyo avrokubok təcrübəsinə də malikdir. Braziliyalı qitə miqyaslı turnirlərdə 26, İsveç klubunda isə 200 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” Rikardinyoya qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və belaruslu Mixail Sivakovu heyətinə qatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30