10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

“Qəbələ”: Kubokda 50, Mendidə 20, Syomində 15

“Qəbələ”nin seneqallı legioneri Viktor Mendi klubun tarixinə düşüb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, afrikalı hücumçu 2005-ci ildə ölkə kubokunda debüt edən komandasının bu yarışlarda yubiley - 50-ci qolunu vurub. Bu top 1/4 final mərhələsinin “Qarabağ”la səfərdəki cavab oyununda həlledici olub və qonaqlara qələbə gətirib – 2:1. 9 mövsüm ərzində 36 qarşılaşmaya çıxan “qırmızı-qaralar” bu matçlarda 17 qələbə qazanıb, 11 heç-heçə edib və 7 dəfə uduzub. Rəqibləri “Qəbələ”nin 50 qoluna 30 topla cavab verib.

Mendinin qələbə qolu həm də seneqallını klub tarixinin ən məhsuldar futbolçusu adına şərik edib. 85-ci oyununda 20-ci qoluna imza atan hücumçu “Qəbələ”nin 9 illik tarixində ən çox top vuran Rövşən Əhmədova çatıb. Mendi 20 qoldan 18-ni Premyer Liqa, 2-ni kubokda vurubsa, Əhmədov 19 dəfə I dəstə, 1 dəfə kubokda fərqlənib.

“Qarabağ”la matçda hesabı açan Daniel Subotiç də klub tarixinin ən yaxşı bombardirləri siyahısında mövqeyini yaxşılaşdırıb: Viktor Mendi, Rövşən Əhmədov - hər ikisi 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Luis Hilario - 16, Deon Barton - 15, İbrahim Hüseynov, Vitali Balamestnı, Daniel Subotiç - hamısı 12, Rəşad Yusubov - 11, Samir Zərgərov - 10.

Luis Hilario 95-ci, Mendi isə 85-ci dəfə “Qəbələ” formasında meydana çıxıb. Onların hər ikisi klub tarixində ən çox oyun keçirən “6-lıq”da yer alıb: Pavel Doroşev - 99, Abdulkader Kamara - 97, Luis Hilario, Azər Həşimov - hər ikisi 95, Lyubo Baranin - 90, Viktor Mendi - 85.

“Qəbələ səfər qələbəsi qazanmaqla rusiyalı baş məşqçisi Yuri Syominin rəhbərliyi altında 15-ci dəfə qalib gəldi. Premyer Liqada 26, kubokda 3 dəfə komandanı meydana çıxaran mütəxəssis bu yarışlarda müvafiq olaraq 13 və 2 dəfə yetirmələrinin qələbəsinə sevinib. Syominlə 29 matçda 15 qələbədən başqa, 6 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 40 qol vuran “Qəbələ” qapısında 26 top görüb.

Qeyd edək ki, 2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunun yarımfinalına yüksələn “Qəbələ” 5 illik fasilədən sonra tarixində 3-cü dəfə finalın bir addımlığınadək irəliləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30