28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Tanınmış rusiyalı futbolçu 44 yaşında öldü

Rusiya milli komandasının və Moskva “Spartak”ının sabiq futbolçusu İlya Tsımbalar 44 yaşında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, agenti Tsımbaların dekabrın 28-də Ukraynanın Odessa şəhərində ürək xəstəliyindən öldüyünü bildirib.
 
O, peşəkar futbolçu karyerasına da elə Odessanı təmsil edən “Çernomorets”də 1986-cı ildə başlayıb. 1993 – 1999-cu illərdə Tsımbalar “Spartak”ın heyətində 6 qat Rusiya çempionu və ölkə kubokunun 2 qat qalibi olub. Tanınmış yarımmüdafiəçi Rusiya yığmasının heyətində 1994-cü il dünya və 1996-cı il Avropa çempionatlarında oynayıb, 28 oyuna 4 qol vurub. 2000-ci ildə o, Moskva “Dinamo”suna keçib və 2 dəfə ölkə kubokunu qazanıb. Futbolçu karyerasını 2001-ci ildə “Anji”də başa vurub.
 
Qeyd edək ki, İlya Tsımbalar 2003-cü ildən məşqçiliyə başlayıb, “Spartak”ın əvəzedici komandası, I və II diviziondakı bir sıra klublarda çalışıb. Onun son iş yeri 2010-cu ildə “Ximki” olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31