9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Torres hələlik vətənə dönmək haqda düşünmür

"Çelsi"nin hücumçusu Fernando Torres maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, ispan forvard Rafael Benites, Joze Maurinyo və gələcək planlarından söz açıb: "Futbolda əsas olan nəticədir. Hazırda biz iki cəbhədə titul uğrunda mübarizəmizi davam etdiririk. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda uğurla çıxış etsək və mükafat qazansaq, o zaman Benitesə qarşı olan fikirlər dəyişəcək. Ötən il Di Matteo da müvəqqəti olaraq baş məşqçi təyin edilmişdi. Amma iki mükafat qazandığına görə rəhbərlik ona növbəti mövsümdə də güvəndi. Maurinyo haqda oxunan mahnıları hər zaman eşidirik. Komandanın azarkeşləri Maurinyo, Droqba, Lempard və Terri haqda hər zaman oxuyurlar. Bu da təsadüfi deyil. Çünki məhz həmin adını çəkdiyim insanlar "Çelsi"ni çempionluğa daşıyıblar. Maurinyonu burada hər kəs sevir və o hər zaman da seviləcək. Mənim məqsədim "Çelsi"də uğurla çıxış etmək və millinin əsas heyətindəki yerimi qaytarmaqdır. İnanıram ki, milli ilə birgə həm Konfederasiyalar Kubokuna, həm də dünya çempionatına yollanacağam. "Atletiko"ya qayıtmaq? "Atletiko"ya minnətdar olduğumu heç vaxt gizlətməmişəm. Futbolçu kimi tanınmamda bu komandanın böyük rolu olub. Lakin hazırda mən "Çelsi"nin futbolçusuyam, hələ 3 illik də müqaviləm var. Vətənə qayıtmamışdan öncə "Çelsi" ilə bir çox uğurlara imza atmaq fikrindəyəm. Buna görə də indi "Atletiko"ya qayıdışım müzakirə mövzusu deyil". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30