24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Xarici futbol

Şevçenko: "O, öz vəzifəsini davam etdirməlidir"

Ukrayna millisinin keçmiş futbolçusu Andrey Şevçenko Fransadan alınan 0:3 hesablı yenilgini şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Şeva hazırki baş məşqçi Mixail Fomenkonun Ukrayna millisindəki vəzifəsini davam etdirməli olduğunu düşünür: "Onsuz da püşkdən sonra bəlli idi ki, Ukraynanın mundiala yollanmaq şansı azdır. İlk oyundakı yenilgidən sonra fransızlar cavab matçına çox ciddi şəkildə hazırlaşmışdılar. 2 aparıcı futbolçunun olmaması da öz sözünü dedi. Belə mühüm oyunda Kuçer və Fedeçkonun yoxluğunu unutdurmaq heç də asan deyildi. Yenə də ilk oyundan sonra hər birimiz ümidlənmişdik. Amma inanıram ki, Ukrayna millisinin uğurlu çıxışı gələcəkdə də davam edəcək. Çəkilən əziyyət hədər getməyəcək. Fomenkoya da uğurlar arzu edirəm. O, millidə böyük iş gördü və yaxşı nəticələrə imza atdı. Fomenko demək olar ki, heç kimin ümid etmədiyi komandanı play-offa daşıdı. Buna görə də komanda mundialdan kənarda qalsa belə, yenə də Fomenkonun postunda qalmasının tərəfdarıyam. O, başladığı işi mütləq davam etdirməlidir".

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31