8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Estoniya millisi daha 2 futbolçusunu itirdi

Noyabrın 15-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Estoniya yığması daha 2 futbolçunun xidmətindən məhrum olub. Lent.az-ın məlumatına görə, bunlar müdafiəçi  Enar Yager və yarımmüdafiəçi Martin Vunkdur.
Hər iki oyunçu zədə səbəbindən oynamayacaq. Daha öncə Raqnar Klavan İqor Morozov, Rayo Piiroya, Taavi Ryahn və Sander Purinin də millimizə qarşı çıxış etməyəcəkləri açıqlanıb. Konstantin Vasilyev isə sabahkı oyundan sonra çıxış etdiyi Rusiya “Amkar”ının düşərgəsinə dönəcək. O, noyabrın 19-da Lixtenşteynlə yoldaşlıq görüşünü buraxmalı olacaq. Vasilyev yerli mətbuata millimiz haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması sürətli və texnikalı oyunçulara malikdir. Üstəlik, rəqibin Berti Foqts kimi intizamı sevən baş məşqçisi var”.
Qeyd edək ki, Tallindəki “A.Le Koq Arena”da keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30