9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Turan Tovuz”un sabiq üzvü Cənubi Koreya klubunda

“Turan Tovuz”un sabiq futbolçusu Natan Oduvanın yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, ingiltərəli mərkəz hücumçusu karyerasını Cənubi Koreyada davam etdirəcək. O, bu ölkənin 2-ci liqa təmsilçisi "Çunqbuk Çonju" ilə müqavilə imzalayıb.

2023-cü ilin iyun ayında "Turan Tovuz"la müqaviləsi başa çatdıqdan sonra klubsuz olan 28 yaşlı futbolçu keçidi barədə danışarkən deyib: "Mənim üçün "Çunqbuk Çonju"nun bir parçası olmaq şərəfdir. Azarkeşlərə bildirmək istəyirəm ki, tezliklə 90 dəqiqə ərzində öz oyunuma görə mənə azarkeşlik edə etmənizi istərdim. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm".

"Tottenhem"in (İngiltərə) yetirməsi olan Oduva "Turan Tovuz"la 32 oyun keçirib, 6 qol, 6 qolun isə ötürməsini edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30