8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Diniyev onun gedişini açıqladı: “Özü mənə müraciət etdi”

“Transferlərlə bağlı ciddi, intensiv işlər gedir. Amma hazırda fasilə olduğundan, çempionat yeni başa çatdığından bu məsələ bir qədər uzun çəkəcək”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

O, hələlik yeni transfer olmasa da, artıq bir futbolçunun komandadan getdiyini bildirib: “Amil Yunanovla bağlı yayılan məlumat doğrudur. Bununla bağlı o özü mənə müraciət etdi. Amil "Səbail"də oyun praktikasının az olmasına görə "Kəpəz"ə getməyi seçdi. Biz də klub olaraq onun qarşısına şərt qoymadıq. İcarə əsasında oynamasına razılıq verdik”.

Təcrübəli mütəxəssis Antalya toplanışında keçirəcəkləri yoxlama oyunlarında da söz açıb: “Antalyada yoldaşlıq oyunlarından biri 12 yanvar tarixində Rumıniyanın güclülər dəstəsindən olan ÇFR-lə olacaq. Ayın 15-də isə Rusiya klubu "Fakel Voronej"ə qarşı matçımız var. Yəni planlarımızda bir dəyişiklik yoxdur”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30