8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

UEFA saxta sübutlar təqdim etməkdə ittiham olunur

UEFA 2022-ci il Çempionlar Liqası finalının səhv idarə olunması ilə bağlı müstəqil araşdırmaya saxta sübutlar təqdim etməkdə ittiham olunur.
 
Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə "The Guardian" çıxış edib. UEFA-nın baş əməliyyat direktoru vəzifəsində çalışmış Şaron Burkhalter-Lau Avropanın ali futbol qurumunun Aleksander Çeferinin (UEFA prezidenti) ən yaxın dostu olan təhlükəsizlik bölməsini qorumaq üçün müstəqil araşdırmaya yalan sübut təqdim etdiyini iddia edib.
 
2021-ci ildən UEFA-nın təhlükəsizlik departamentinə Çeferinin çoxdankı dostu olan Zelko Pavlica rəhbərlik edir. Burkalter-Lau iddia edir ki, Pavlicanın bölməsindən heç kim 2022 Çempionlar Liqasının finalından əvvəl keçirilən təhlükəsizlik iclaslarında iştirak etməyib və ya gələcək planlaşdırma prosesi üçün lazım olan kritik məlumatları təqdim etməyib.
 
Burkhalter-Lau bunu da vurğulayıb ki, komissiya 2022 Çempionlar Liqasının finalının zəif təşkilini araşdırmaya başlamazdan əvvəl, təhlükəsizlikdən məsul olan digər UEFA rəsmiləri bu komissiya üçün tamamilə həqiqətə uyğun olmayan bir bəyanat imzalayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30