9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Şahruddin nə üçün "Beşiktaş"a qarşı oynaya bilməz?

Azərbaycan millisinin və “Adana Demirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasının III turundan təxirə salınmış matçda “Beşiktaş”a qarşı oynaya bilməyəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, buna səbəb ölkə çempionatının reqlamentidir. Qaydalara əsasən, 29 yaşlı qolkiper sözügedən görüşün ilk tarixindən (28 avqust) sonra transfer edildiyi üçün meydana çıxa bilməyəcək.
 
Təcrübəli qapıçı ilə yanaşı, daha 6 futbolçu analoji səbəbdən İstanbul nəhəngi ilə qarşılaşmanı buraxacaq. Həmçinin 3 oyunçu “Kasımpaşa”ya qarşı son turun matçında (1:2) qırmızı vərəqə aldığı üçün növbəti görüşü buraxacaqlar. Bu isə o deməkdir ki, Adana təmsilçisi “Beşiktaş”la oyunda ümumilikdə 10 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
 
Qeyd edək ki, “Adana Demirspor” - “Beşiktaş” matçı sentyabrın 27-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30