8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Həbsdən sonra futbola qayıtdı

İslandiyalı tanınmış futbolçu Qilfi Siqurdsson uzun fasilədən sonra meydana qayıdıb.

 

Futbolxeber.az saytının verdiyi məlumata görə, o, "Linqbi" komandasının heyətində Danimarka Superliqasının 9-cu turunun "Veyle" ilə oyununda (1:1) debüt edib.

34 yaşlı futbolçu 2021-ci ilin may ayından bəri ilk dəfə meydana çıxıb. O, son dəfə "Everton" formasıyla İngiltərə Premyer Liqanın son turunda "Mançester Siti" görüşdə forma geyinib.

Siqurdsson həmin ilin iyulunda yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilinərək həbs edilib. İki il sonra kifayət qədər sübut olmadığı üçün ona qarşı bütün ittihamlar ləğv edilib.

İslandiyalı avqustun 31-də "Linqbi" ilə bir illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30