9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Xarici futbol

Millinin 43 yaşlı bombardiri karyerasını başa vurur

Andorra millisinin müdafiəçisi İldefons Lima karyerasını başa vurur.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 43 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Dünən Avro-2024-ün seçmə mərhələsində Belarusa qarşı keçirilən oyunun (0:0) 90+4-cü dəqiqəsində meydana çıxan Lima 136-cı dəfə millinin formasını geyib.

Təcrübəli müdafiəçi bildirib ki, sentyabrın 12-də İsveçrəyə qarşı keçiriləcək matç onun yığmadakı son görüşü olacaq.

1997-ci ildə Andorra yığmasında debüt edən Lima 26 il ərzində 136 matçda 11 qol vurub. Bu nəticə ilə o, Andorra millisinin tarixində ən yaxşı bombardirdi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30