8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Ünal Aysal Burak Yılmaz üçün qurban kəsəcək

"Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda"Kopenhagen"i 3:1 hesabı ilə məğlub etdiyi oyunun ardından "Cim-Bom"un prezidenti Ünal Aysal Burak Yılmazla bağlı maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, oyundan sonra "Türk Telekom Arena"nı tərk etməyən və dostlarıyla birgə VİP lojada yemək yeyən Aysal, son oyunlarda heç cür fərqlənə bilməyən Burak barədə "Sanki cadu ediblər. Ötən mövsüm çox rahat qol vurduğu eöpizodları bu il qaçırır. Mən caduya inanmıram. Amma bu qədər də şansızlıq olmaz" deyə, bildirib. Sərgilənən oyuna görə əhval-ruhiyyəsi olduqca yüksək olan klub prezidenti yanındakılarından birinin "Eyüp Sultan"a gedib, 1 qurban kəssin" məsləhətinə, "Lazım olsa, biz təşkil edərik. Gedək, 1 qurban kəsək" deyə, cavab verib. "Qalatasaray"ın başqanı fikrini belə tamamlayıb: "Bu qədər çalışır, vuruşur, amma yenə də qol vura bilmir. Sanki biri ayaqlarını qıfıllayıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30