28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

"Fənərbaxça"nın baş məşqçisi istefa verəcək?

Türkiyə Superliqasında 19 xalla vahid lider olan "Fənərbaxça"da keçiriləcək prezident seçkilərinin komanda üzvlərinə necə təsir edəcəyi böyük maraq doğurur. Futbolxeber.az-ın məlumatına görə, klubun yeni prezidentinin kim olacağı və həmin şəxsin Ərsun Yanalla çalışıb-çalışmayacağı bəlli deyil. Təcrübəli mütəxəssis Türkiyə mətbuatına verdiyi açıqlamada Əziz Yıldırımın prezident seçilməyəcəyi halda, klubdan gedəcəyini istisna etməyib: "Belə bir vəziyyət yatanacağı halda, lazım olanı edərəm. Yəni, istefa verib, postumdan gedərəm. Amma yeni rəhbərlik klubda qalmağımı istəsə, yolumuza davam edəcəyik". Bununla belə, Yanal Yıldırımın istənilən qərarına hörmətlə yanaşacağını qeyd edib: "İndiki məqamda mənim üçün önəmli olan Əziz Yıldırımın qəbul etdiyi qərardı. Həmin qərara da hörmətlə yanaşmalıyıq. Əgər, Əziz Yıldırım namizədliyini irəli sürsə və yenidən prezident seçilməsə, o zaman istefamı verib, yeni prezidentin qəbul edəcəyi qərarı gözləyərəm. Doğru olan da məhz budur". Ərsun Yanal bu vəziyyətin komandanın çıxışına təsir etməyəcəyini qeyd edib: "Futbolçularıma da dedim ki bu məsələnin sizinlə heç bir əlaqəsi yoxdur. Seçki keçiriləcək və yeni prezidentin adı bəlli olacaq. Məvacib və mükafatlarınızla bağlı hər hansı bir problem yaşamayacaqsınız. Rahat olun, fikrinizi də ancaq məşq və oyunlara yönəldin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31