8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Rakuv”un baş məşqçisi: “Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”

“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri Kipr “Aris”i ilə II raundda üstələdikləri “Qarabağ”ı müqayisə edərkən deyib.
 
Gənc mütəxəssis “Aris”in Azərbaycan çempionundan zəif olması ilə bağlı fikirlərə münasibət bildirib. O, kiprlilərin də özünəməxsus üstünlüklərinin olduğunu söyləyib: “Aris” fərqli komandadır. “Qarabağ” topa sahib olmaqda və aqressivlikdə çox üstündür. Bu baxımdan Azərbaycan təmsilçisi daha yaxşı görünür. Ancaq “Aris” də sürətli əks-hücumlarda və müdafiə xəttində çox yaxşı təşkilatlanıb”.
 
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında Polşada keçirilən oyunda ev sahibləri 3:2 hesablı qələbə qazanmış, Bakıdakı görüşdə bərabərlik (1:1) qeydə alınmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30