9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Komandası qalib gəldi, Krivotsyuk “fərqləndi”

Cənubi Koreya çempionatın 24-cü turun oyunlarına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Anton Krivotsyukun formasını geydiyi “Daejeon” öz meydanında “Daequ”nu qəbul edib. Matç Krivotsyukun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə gətirən yeganə qolu qarşılaşmanın 63-cü dəqiqəsində Bae Joon-Ho vurub.

Anton Krivotsyuk meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. Millimizin müdafiəçisi 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Daejeon” 6 turdan sonra ilk qələbəsini qazanmaqla xallarının sayını 33-ə çatdırıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, Cənubi Koreya çempionatının reqlamentinə əsasən, 3 dövrəlik mübarizədən sonra komandalar iki qrupa ayrılırlar. İlk altılıqda qərarlaşanlar medallar uğrunda, ikinci altılıq isə liqada qalmaq uğrunda mübarizə aparır. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30