8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Benfika” “Mançester Yunayted”in təklifini geri çevirdi

“Mançester Yunayted” “Benfika”nın hücumçusu Qonsalu Ramuşu transfer etməyə çalışsa da, istəyinə çatmayıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Lissabon klubu mançesterlilərin təklifini geri çevirib. “Benfika” portuqaliyalı forvard üçün “Mançester Yunayted”dən maddi kompensasiya ilə yanaşı, Aleks Tellesin heyətə cəlb olunmasını istəyib. Lakin Telleş karyerasını “Portu”da davam etdirmək qərarına gəlib. Hələlik Mançester klubunun Ramuş üçün yenidən təklif irəli sürüb-sürməyəcəyi məlum deyil.

Daha əvvəl PSJ-nin Qonsalu Ramuş üçün 55 milyon avro ödəməyə hazır olduğu barədə xəbər yayılmışdı.

Qeyd edək ki, son mövsüm Ramuş 2022/23 mövsümündə 47 matçda 27 qol vurub. 22 yaşlı hücumçunun “Benfika” ilə müqaviləsi 2025-ci ilin yayına kimidi.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30