9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Musa Qurbanlının komandasından qələbə

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının yeni komandası “Yurqorden” növbəti qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Stokholm təmsilçisi İsveç çempionatının 15-ci turunda səfərdə “Vernamu” komandası ilə qarşılaşıb. Birinci hissədə hesabda geridə olan “Yurqorden” fasilədən sonra Şuller (69-cu dəq.) və Berqin (77-pen.) qolları sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra 15 matçdan 27 xalı olan “Yurqorden” 4-cü yeri tutur. Lider “Malmö”nin 13 oyundan 34, ikinci pillədəki “Hekken”in 15 oyundan, üçüncü yerdə qərarlaşan “Elfsborq”un isə 13 oyundan 32 xalı var.

Qeyd edək ki, bu günlərdə Bakıya qayıdan M.Qurbanlı dünənki oyunda iştirak etməyib. Onun növbəti turun görüşlərində meydana çıxacağı gözlənilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30