8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

2018-ci il dünya çempionatının büdcəsi açıqlandı

Futbol üzrə 2018-ci il dünya çempionatı Rusiyaya 600 milyard rubla (təqribən 14,76 milyard manat) başa gələcək. Lent. az-ın məlumatına görə, bu barədə Mundialın Təşkilat Komitəsinin sədri Denis Polyakov açıqlama verib. O, bildirib ki, vəsaitin yarısı federal xəzinə, 15 faizi regional büdcələr, qalanları isə sərmayədarlar tərəfindən ödəniləcək. Polyakovun sözlərinə görə, çempionatadək 200 infrastruktur obyekti, o cümlədən 60 mehmanxana tikilməli və ya yenidən qurulmalıdır. Digər tərəfdən, FİFA tələblərinə əsasən, təşkilatçı ölkə çempionat üçün 12 müasir stadion təqdim etməlidir. Artıq Kazandakı stadion tikilib və bu il orada Yay Universiadası keçirilib. Sankt-Peterburq, Moskvada “Spartak”, habelə, Saransk və Soçidə 4 stadion tikilməkdədir. Nijni-Novqorod, Volqoqrad və Samarada isə stadionlar layihələşdirmə mərhələsindədirlər. Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək. Sadalanan 8 şəhərdən əlavə, Kalininqrad, Rostov və Yekaterinburqda da Mundialın oyunları baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30