9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Kaysedo: “Arsenal”ın Premyer Liqanın qalibi olmasını istəyirəm”

"Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo Premyer Liqadakı çempionluq mübarizəsi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, “Arsenal”ın çempionluğunu arzuladığını bildirib:

“Təbii ki, mən “Arsenal”ın Premyer Liqanın qalibi olmasını istərdim. Çünki bu kluba keçməyə çox yaxın idim. Hətta transfer baş tutmadığı üçün çox məyus olmuşdum. “Arsenal”ın heyətində xeyli sayda gənc, istedadlı futbolçu çıxış edir. Bir neçə ulduzla birgə əla komanda formalaşıb. Bu heyət yaxın gələcəkdə böyük uğurlar qazanmağa qadirdi”.

Qeyd edək ki, hazırda “Arsenal” 32 oyundan 75 xal toplamaqla Premyer Liqanın lideridi. İkinci pillədə qərarlaşan və rəqibindən 2 oyun az keçirən “Mançester Siti” 70 xalla ikincidi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30