9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Benfika”nın baş məşqçisi: “Futbolda mümkünsüz heç nə yoxdu”

“Benfika”nın baş məşqçisi Rocer Şmidt Çempionlar Liqasının 1/4 final mərhələsində “İnter”ə qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk matçdakı məğlubiyyətə baxmayaraq, alman mütəxəssis komandasının mərhələ adlamasına inanır:

“Son oyunda futbolçular komandaya yox, özlərinə köklənmişdilər. Ona görə də uduzduq. Amma həmin məğlubiyyətin əvəzini çıxa bilərik. İlk dəqiqələrdən irəli atılacağıq. Nə qədər tez rəqib qapısına yol tapa bilsək, bir o qədər yaxşı olar. Mən hər zaman komandama inanmışam. Futbolda mümkünsüz heç nə yoxdu”.

Qeyd edək ki, ilk matçda “Benfika” öz meydanında “İnter”ə 0:2 hesabı ilə uduzub. Bu gün komandalar arasında Milanda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30