9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

Kompani: “Premyer Liqaya belə tez yüksələcəyimizi gözləmirdik”

“Bernli”nin baş məşqçisi Vensan Kompani komandasının növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni rəsmiləşdirməsini şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, belçikalı mütəxəssis ilk 2 yerdən birini belə tez təmin edəcəklərini gözləmədiyini bildirib:

“Açığı, Premyer Liqaya vəsiqəni belə tez rəsmiləşdirəcəyimizi gözləmirdik. Hazırda Pasxadı, 7 oyunumuz qalıb, amma biz artıq qələbəmizi bayram edirik. Heç kəs bunun belə erkən olacağını gözləmirdi. Bəli, Premyer Liqaya vəsiqə qazanmaq bizim hədəfimiz idi. Buna nail olduq. Təbii ki, bu, heç də asan başa gəlmədi. Mövsümün sonunu yaxşı keçiririk. Bu da məni ayrıca sevindirir”.  

Qeyd edək ki, 87 xalla Çempionşipin vahid lideri olan “Bernli” ən yaxın rəqibini hazırda 11 xal qabaqlayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30