9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Ranqnik millimizin qrupundan AVRO-2024-ə vəsiqə qazanacaqlarına əmindi

“Avropa çempionatına vəsiqə qazanacağımıza yüz faiz əminəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib.
 
65 yaşlı mütəxəssis F qrupunda keçirdikləri ilk iki görüşdən razılıq bildirib: “Əla komandamız var. Bunu Azərbaycan və Estoniya ilə matçlarda bir daha nümayiş etdirdik. Ötən il Avstriya Futbol Assosiasiyasından təklif aldığım zaman cəmi 2-3 gün düşünmüşdüm. Dərhal başa düşdüm ki, burada işləmək həyəcanlı ola bilər və bu kollektivlə böyük iş görmək mümkündür. İndi məqsəd seçmə mərhələdə uğurlu startın davamını gətirməkdir. Komandamızın yüksəlişdə olması və zəngin heyət bunu bacaracağımızın xəbərçisidir”.
 
Qeyd edək ki, Avstriya yığması seçmə mərhələdəki ilk oyunlarında öz meydanında Azərbaycanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub edib. Ralf Ranqnikin kollektivi növbəti matçını iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Azərbaycan yığması isə həmin gün Estoniyanı qəbul edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30