8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“İnter”in direktoru de Dzerbinin nümayəndəsi ilə görüşdü

“İnter”in idman direktoru Pyero Auzilio “Brayton”un baş məşqçisi Roberto de Dzerbinin meneceri Eduardo Srnyarla görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” xəbər yayıb.

Nəşr yazır ki, de Dzerbi yeni mövsümdə “İnter”i çalışdırmağa əsas namizəddi. Milan klubunun rəhbərliyi cari mövsümün sonunda Simone İnzagi ilə vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, “İnter” 29 turdan sonra İtaliya çempionatında 51 xalla 5-ci yeri tutur. A seriyasından fərqli olaraq Çempionlar Liqasında Milan təmsilçisinin işləri pis getmir. Belə ki, komanda 1/4 final mərhələsinin ilk görüşündə səfərdə “Benfika”nı 2:0 hesabı ilə məğlub etməklə yarımfinal yolunda vacib addım atıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30