9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Berdiyev evdə hələ belə uduzmamışdı

Rusiya Premyer Liqasının 19-cu turunda “Soçi” öz meydanında “Orenburq”a 0:4 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, bu yenilgi Soçi klubunun baş məşqçisi Kurban Berdıyev üçün bir neçə uğursuz məqamla yadda qalıb.

Birincisi, “Soçi” Berdıyevin rəhbərliyi altında ilk dəfə böyükhesabla uduzub.

Digər tərəfdən 70 yaşlı mütəxəssisin çalışdırdığı komanda ilk dəfə öz meydanında belə hesabla məğlub olub. Buna qədər Berdıyevin komandaları 4 dəfə meydanı 0:4 hesablı yenilgi ilə tərk etsə də, bu matçlardan üçü Moskvada, biri isə Tomskda baş tutub.

Ümumilikdə, bu, Kurban Berdıyevin Rusiya Premyer Liqasında 16-cı böyükhesablı məğlubiyyətdi. O, 13 dəfə “Rubin”, 2 dəfə isə “Rostov”la ən azı 3 top fərqi ilə yenilgi acısı yaşayıb. Təcrübəli mütəxəssisi bu baxımdan ən çox hərəyə 3 dəfə ÇSKA, “Zenit” və “Spartak” məyus edib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30