8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Ranqnik: “Azərbaycan yığmasını məğlub etmək üçün ən yaxşı oyuna ehtiyacımız var”

“Azərbaycan yığmasını məğlub etmək üçün Linzdə mümkün olan ən yaxşı oyuna ehtiyacımız var”.
 
Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.
 
Almaniyalı mütəxəssis rəqiblərə yuxarıdan aşağı baxmadıqlarını söyləyib. Ranqnik bununla bağlı futbolçularına xəbərdarlıq edib: “Qarşıdakı iki görüşdə azarkeşlərin evdə əla atmosfer yaratmalarına kömək etmək istəyirik. Azərbaycan və Estoniya yalnız ötürmələrlə məğlub edə biləcəyiniz rəqiblər deyillər. Hər iki komanda ilə qarşılaşmada maksimum nəticə əldə etmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linzdəki “Raiffeisen Arena”da qəbul edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30