10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Xarici futbol

“Bavariya”nın “Borussiya” sindromu davam edir

Bundesliqanın 21-ci turunda “Bavariya” Münhenqladbax “Borussiya”sına 2:3 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, bununla da Yulian Nagelsmannın komandası “Qırmızılar”ın Münhenqladbax təmsilçisinə qarşı uğursuz oyunlar seriyası davam edir.

Belə ki, “Bavariya” artıq 5 oyundur rəqibini məğlub edə bilmir. Tərəflər 5 oyundan 2-də heç-heçəyə razılaşıblarsa, 3 görüşdə 3 xalı qazanan tərəf “Borussiya” olub. “Bavariya”nın sonuncu qələbəsi 2021-ci ilin avqustuna təsadüf edir.

2:3-lük məğlubiyyət həm də münehlilər üçün yeni ildə ilkdir. Komanda sonuncu dəfə sentyabrında 17-də “Auqsburq”la matçda uduzub - 0:1. Sonrakı 20 görüşdən 16-da qalib gələn “Bavariya” 4 dəfə heç-heçə oynayıb.

Bugünkü yenilgiyə baxmayaraq, Nagelsmanın komandası hazırda 43 xalla Bundesliqada liderliyini davam etdirir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30