8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Kvaratsxeliya İtaliyada “Napoli”dən başqa heç bir klubda oynamayacaq”

Xviça Kvaratsxeliya İtaliyada “Napoli”dən başqa heç bir klubda oynamayacaq.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə gürcü futbolçunun meneceri Mamuka Cuqeli açıqlamasında deyib:

“Bir çox klublardan təkliflər var. Lakin Xviça bu barədə düşünmür. Hazırda o, bütün fikrini “Napoli” ilə Skudettonu və Çempionlar Liqasını qazanmağa yönəldib. Kvaratsxeliya Neapol azarkeşlərini sevindirməyi çox istəyir. O, Neapolu sevir, şəhəri çox bəyənir. Xviça İtaliyada özünü yalnız “Napoli”də görür. Heç vaxt İtaliyanın başqa klubunda oynamayacaq”.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm İtaliya “A” seriyasında 11 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30