9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Ten Haq: “Avropada 4 turnirdə mübarizə aparan yeganə komandayıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 23-cü turunda “Lids”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, holland mütəxəssis komandası haqda müsbət fikir bildirib:

“Biz bu gün növbəti dəfə komanda olduğumuzu sübut etdik. Avropada 4 turnirdə mübarizə aparan yeganə kollektivik. Buna görə də bütün heyətdən yararlanmaq lazımdı. Qazandığımız uğurda hər kəsin payı var. Lakin mövsüm hələ bitməyib. Sona kimi xarakter göstərməliyik”.

Qeyd edək ki, “Lids” üzərində qazanılan qələbədən sonra xallarının sayını 46-ya çatdıran “Mançester Yunayted” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30